İş yerinin qarşılıqlı dəyişdirilməsi üçün 116 müəllim müraciət edib
İş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi səhifələrinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.
Bu barədə “Azərbaycan müəllimi”nə İnsan Resursları Mərkəzindən bildirilib.
Qeyd edək ki, 16-17 yanvar tarixində təşkil olunacaq prosesin sənəd yoxlanışı mərhələsinə 116 nəfər müəllim dəvət olunub.



