İsa Həbibbəyli: Azərbaycan mədəniyyətlərarası dialoqa çox böyük töhfə verib
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə başlayan bu mədəniyyətlərarası dialoq ideyası 2011-ci ildən etibarən artıq gerçəkləşdirilir. Bu il Mədəniyyətlərarası Dialoq Forumunun 15 ili tamam olur”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumunda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, Azərbaycan 15 ildə dünyada mədəniyyətlərarası dialoqa çox böyük töhfə verib.
“Mədəniyyətlərarası və dinlərarası dialoq dünyada dialoqa olan zərurəti və onun əhəmiyyətini yeni bir proqramı kimi səsləndirir. Ölkəmiz Mədəniyyətlərarası Dialoq Forumunun sadəcə mükəmməl ev sahibliyi eləməklə öz işini bitmiş hesab eləmir. Ölkəmiz eyni zamanda Mədəniyyətlərarası Dialoq Azərbaycan modelini, Azərbaycan təcrübəsini bu tədbirlər vasitəsilə dünyaya yayır. Mədəniyyətlərarası Dialoq Azərbaycan modelini, Azərbaycan təcrübəsini bu tədbirlər vasitəsilə dünyaya yayır”.
İ.Həbibbəyli qeyd edib ki, mədəniyyətlərarası dialoqun Azərbaycan modeli bu konsepsiyanın ən dayanıqlı modellərini dünyaya təqdim edir:
“Şübhəsiz ki, Mədəniyyətlərarası Dialoq Forumu eyni zamanda dünya təcrübəsini öyrənmək üçün çox böyük bir platformadır. Mədəniyyətlərarası dialoq həmrəyliyin möhtəşəm bir bütövlüyünün yaranmasına, sülhün, təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verəcək”.




