İxtisas seçimi edənlərin NƏZƏRİNƏ! "Abituriyent" jurnalına düzəliş edilib

12 Avqust, 2026 - 09:29
İxtisas seçimi edənlərin NƏZƏRİNƏ!

V ixtisas qrupu üzrə xüsusi qabiliyyət imtahanı tələb edən “Dizayn (sahələr üzrə)” ixtisas kodlarının qarşısında, texniki səbəblərdən səhvən qeyd olunmuş iki ulduz (**) işarəsi bir ulduz (*) kimi nəzərə alınmalıdır. 

Bu barədə "Azərbaycan müəllimi"nə DİM-dən məlumat verilib.

Bildirilib ki, bundan əlavə, Lənkəran Dövlət Universitetinin 151672 kodlu Dizayn (interyer dizaynı, qrafik dizayn, sənaye dizaynı) ixtisasını seçmək üçün qabiliyyət imtahanında iştirak etmək tələb olunmur.

Xatırladaq ki, "Abituriyent" 4 jurnalını DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt

Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.