Keçən il 252 nəfər NDU-da işə götürülüb
2025-ci il ərzində Naxçıvan Dövlət Universitetinə yeni işə qəbul olunanların sayı 252 nəfər olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə universitetin rektoru Elbrus İsayev sosial şəbəkədəki hesabında paylaşım edib.
O bildirib ki, bu, son 5 ilin ən böyük rəqəmidir: "Qeyd edək ki, NDU Naxçıvan MR üzrə ən geniş işəgötürən müəssisədir".



