Kənan Kərimzadə: 400-ə yaxın məktəbin təmirə və ya yenidən tikilməyə ehtiyacı var

3 Aprel, 2026 - 13:34
Kənan Kərimzadə: 400-ə yaxın məktəbin təmirə və ya yenidən tikilməyə ehtiyacı var

İndiyədək 3600 məktəb tikilib və ya əsaslı təmir olunub. Hazırda isə təxminən 400-ə yaxın məktəbin təmirə və ya yenidən tikilməyə ehtiyacı var.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə təşkil olunan mediatur çərçivəsində keçirilən brifinqdə səsləndirib.

Nazir müavini qeyd edib ki, işlər plan üzrə davam edərsə, 2030-cu ilə qədər bu qəbildən olan təhsil müəssisələrinin problemlərinin tam aradan qaldırılması təmin olunacaq:

"2020-ci ildə 900-dən çox qəzalı, şəraitsiz məktəb var idisə, bu gün bu say 400-ə qədər azaldılıb. Hər il şəraitsiz 70-100 təhsil müəssisəsi təmir olunarsa, bu problem 2030-cu ilədək yekunlaşacaq".