Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat BAŞLADI
12 aprel 2026-cı il tarixində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqənin qeydiyyatı 4 fevral 2026-cı ildən etibarən aktiv olub, 3 aprel tarixinə qədər davam edəcək. Müsabiqədə iştirak etmək istəyən şagirdlər www.kenquru-2026.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
* Müsabiqə 2 mərhələdən ibarət olacaq.
* Müsabiqədə iştirak edən bütün şagirdlərə elektron formada iştirakçı sertifikatı təqdim ediləcək.
* Hər sinif üzrə ən yaxşı nəticə göstərən 10% şagirdə elektron formada diplom təqdim ediləcək.
* Hər sinif üzrə 18 nəfər (3 qızıl, 6 gümüş və 9 bürünc medal olmaqla) şagird qalib elan ediləcək.
* Birinci mərhələdə ən yaxşı nəticə göstərən 5% şagird final mərhələsinə vəsiqə qazanacaq.
Uzun illərdir ki, ölkəmizdə keçirilən bu müsabiqədə minlərlə şagird üçün riyaziyyat fənni üzrə biliklərini yoxlama imkanı yaradılır. Müsabiqə şagirdlərin problem həlletmə bacarıqlarını, məntiqini və riyazi mülahizələrini yoxlayan qapalı tipli test tapşırıqlarından ibarətdir. Qeyd edək ki, sözügedən müsabiqə hər il dünyanın 80-dən çox ölkəsində “Həll edirik, öyrənirik, əylənirik” şüarı altında təşkil olunur.
Müsabiqə, II-IX siniflərdə təhsil alan şagirdlərin beynəlxalq ekspertlər tərəfindən hər yaşa uyğun olaraq hazırlanmış tapşırıqlar əsasında riyaziyyat fənni üzrə bilik və bacarıqlarını yoxlamağa imkan yaradır.
Müsabiqə Azərbaycan, rus və ingilis dillərində keçiriləcək və 90 dəqiqə davam edəcək. Müsabiqədə iştirak ödənişlidir.
Şagirdlər yuxarıda qeyd edilən sayt vasitəsilə qeydiyyatdan keçməli və buraxılış vərəqəsini çap etməlidir.
-
OktayİnşAllah bu dəfə qızıl medal alarıq13 gün əvvəlCavablaLike (1) -
Ayxanİnşallah maraqlı olar16 gün əvvəlCavablaLike (1) -
HəsənMən keçən il riyaziyyat adı ilə kenquruda iştrak etmişdim amma hamısı məntiq sualları idi heç deyilməmişdir ki məntiq olacaq17 gün əvvəlCavablaLike (1) -
Aylinİlk dəfə qatılıriq.Nəticə ürək açan olar. İnşallah17 gün əvvəlCavablaLike (1) -
AylinMaraqlı olar17 gün əvvəlCavablaLike (1) -
NAZLI1 ci defedi qatiliriq17 gün əvvəlCavablaLike (1)



