Kenquru müsabiqəsinin final nəticələri açıqlandı
II–X sinif şagirdləri arasında keçirilən Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri elan olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, şagirdlər öz nəticələrini https://kenquru-2026.az/ və ya təhsil aldıqları ümumtəhsil müəssisələrindən əldə edə bilərlər.
Müsabiqə ilə bağlı müraciətlər iyunun 12-dək +994703021532 “Whatsapp” nömrəsi vasitəsilə qəbul edilir.


