Kişilər niyə müəllim olmaq istəmirlər? 

4 Dekabr, 2025 - 17:06
Kişilər niyə müəllim olmaq istəmirlər? 

Təhsildə ən çox müzakirə olunan məsələlərdən biri də kişi müəllimlərin sayının az olmasıdır. Maraqlıdır, kişilər niyə müəllim olmaq istımir? 

Təhsil mütəxəssisi  Zöhrab Kəlbəliyev “Azərbaycan müəllim”nə açıqlamasında bildirib ki, kişilərin müəllimliyi seçməsində həmişə problemlər olub:

“Mən Bakı Dövlət Universitetində təhsil almışam. Təhsil aldığım illərdə çox az sayda qız oxuduğum Mexanika-riyaziyyat fakültəsini seçirdi. Həmin dövrdə bu fakültəni bitirib müəllim olanların əksəriyyəti kişilər idi. Üstəlik, yaxşı da müəllim olurdular. Sonradan ölkədə böhran vəziyyəti yarandı, iqtisadi çətinliklər kişiləri bu peşədən uzaqlaşdırdı. Nəticədə qadın müəllimlərin sayı artdı, boşluğu onlar doldurdu. Demirəm ki, qadınlar yaxşı riyaziyyat müəllimi ola bilmirlər. Onlar arasında da sayılıb-seçilən riyaziyyatçılar çoxdur”.

Zöhrab Kəlbəliyevin fikrincə, kişi müəllimlərin sayı, heç də az deyil:

“Riyaziyyat müəllimliyi” ixtisası üzrə təhsil alanlar yox, riyaziyyatı yaxşı bilən və repetitor kimi fəaliyyət göstərən kişi müəllimlər çoxdur. Tanıdığım bir çox riyaziyyatçılar məktəbdə fəaliyyət göstərmirlər, amma repetitorluq mühitində özlərini sübut edə bilirlər. Buna təəssüflənirəm. Məncə, belə müəllimlərin məktəbə cəlbi üçün əməkhaqlarının müəyyən qədər artırılmasına ehtiyac var”.