Kollecdə “1 Mart-Ümumdünya Mülki Müdafiə Günü” qeyd olunub
ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində “1 Mart-Ümumdünya Mülki Müdafiə Günü”nə həsr edilmiş “Mülki Müdafiə Əhalinin Təhlükəsizliyinin təminatıdır” mövzusunda tədbir keçirilib.
Kollecdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə kollecin rəhbərliyi, müəllimlər, tələbələr və qonaqlar iştirak edib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra “1 Mart-Ümumdünya Mülki Müdafiə Günü”nə aid videoçarx nümayiş etdirilib.
STK-nın Mülki Müdafiə Qərargahının rəisi Arif Kərimov tələbələrə mülki müdafiənin əhəmiyyəti, vəzifələri, əhalinin fövqəladə hallara qarşı necə hazır olmağın yolları haqqında ətraflı məlumat verib.
Sonra Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və inkişaf yolu, Azərbaycanın bu təşkilatda rolu barədə məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Tədbir diskussiya şəklində başa çatıb.


