Kollecdə I Türkoloji Qurultayın dərsləri mövzusunda konfrans keçirilib

29 Aprel, 2026 - 18:43
Kollecdə I Türkoloji Qurultayın dərsləri mövzusunda konfrans keçirilib

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə I Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “I Türkoloji Qurultayın dərsləri və türkologiyanın müasir vəzifələri” mövzusunda konfrans keçirilib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, konfransda vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Leyla İbrahimova bu möhtəşəm qurultayın türk xalqlarının elmi, mədəni və mənəvi həyatında mühüm dönüş nöqtəsi olmasından və əhəmiyyətindən bəhs edib.

Çıxış edənlər- Aqrar və texnoloji şöbənin müdiri Ziya Əlinur (Türkoloji Qurultay: elmi diskurs, tarixi dinamika və türkoloji tədqiqatların institusional əsasları), “Tarix və sosial fənlər” FBK-nın müəllimi Mələk Əhmədzadə (Türkoloji Qurultaydan Türk Dövlətləri Təşkilatına: ortaq mədəni irsin diplomatik gücə çevrilməsi və türk dünyasında strateji əməkdaşlıq perspektivləri), “Humanitar fənlər” FBK-nın müəllimləri- Məsmə Mikayılovaya (Azərbaycan ədəbiyyatında türkçülük ideyaları), Nuranə Əskərova (Qloballaşma şəraitində türkologiya), Səidə Kazımova (Müasir dövrdə türkologiyanın əsas vəzifələri) türkologiya elminin tarixi inkişaf mərhələlərindən, müasir çağırışlardan və türk dünyasında inteqrasiya proseslərindən, türk xalqları arasında elmi-mədəni əlaqələrin möhkəmləndirilməsindən, ortaq dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsindən, türkologiyanın müasir dövrdə qarşısında duran əsas vəzifələrindən bəhs ediblər.