Kollecdə “Novruz gəlir, yaz gəlir” adlı tədbir keçirilib

19 Mart, 2026 - 17:36
Kollecdə “Novruz gəlir, yaz gəlir” adlı tədbir keçirilib

Martın 18-də Lənkəran Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollecdə Novruz bayramına həsr olunmuş “Novruz gəlir, yaz gəlir” adlı tədbir keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Kollecin direktoru Leyla İbrahimova müəllim və tələbə heyətini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, bərəkət, birlik, həmrəylik rəmzi olan Novruz bayramının ölkəmiz və  xalqımız üçün tarixi, mədəni əhəmiyyətindən bəhs edib.

“İncəsənət fənləri” FBK-nın müəllim və tələbələrinin birgə hazırladıqları konsert proqramı, keçəl və kosanın tamaşaçılara sevinc bəxş edən rəngarəng çıxışı, “Dizayn (interyer üzrə)” ixtisasının I tədris ili tələbələrinin çəkdikləri maraqlı rəsmlər, eləcə də musiqi nömrələri, şeirlər, məzəli səhnəciklər tədbir iştirakçılarına xoş anlar yaşadaraq hər kəsə əsl bayram əhvali-ruhiyyəsi bəxş edib. 

Novruz şənliyi milli birliyimizin və həmrəyliyimizin rəmzi olan möhtəşəm “Yallı” rəqsi ilə yadda qalan şəkildə yekunlaşıb.