Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

28 Avqust, 2026 - 09:20
Kolleclərə qəbul olmaq istəyənlərin

Bu gündən 2026/2027-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta (11 illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlayır.

"Azərbaycan müəllimi" xəbər verir ki, orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi 28 avqust – 2 sentyabr tarixlərində aparılacaq.