Kolleclərin boş qalan yerlərinə qəbula aid “Abituriyent” jurnalı nəşr edilib
Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edib. Elanın tam mətni “Abituriyent” jurnalının xüsusi buraxılışında çap olunub.
Bu barədə "Azərbaycan müəllimi"nə DİM-dən məlumat verilib.
Bildirilib ki, jurnalın bu xüsusi buraxılışında həmçinin “Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulması və təsdiqi üçün təlimat və “Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, boş yerlərin sayı və s. məlumatlar dərc olunub.
Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt
Jurnalının elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.




