Komitə sədri: Elm və təhsil işçilərinin sağlamlığı və sosial rifahı diqqət mərkəzindədir

5 Mart, 2026 - 16:29
Komitə sədri: Elm və təhsil işçilərinin sağlamlığı və sosial rifahı diqqət mərkəzindədir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ittifaq üzvlərinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tabeliyində fəaliyyət göstərən müalicə və istirahət mərkəzlərində sağlamlıqlarını bərpa etmələri üçün ardıcıl tədbirlər həyata keçirilir.

"Azərbaycan müəllimi" xəbər verir ki, bununla bağlı ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev sosial media hesabında paylaşım edib. 

Sədr paylaşımında qeyd edib ki, fevral ayında ilk təşkilat sədrləri üçün həyata keçirilən xüsusi proqram çərçivəsində ailə üzvləri ilə birlikdə ümumilikdə 519 nəfər üçgünlük müalicə paketindən yararlanıb. İştirakçılar üçün müalicəvi prosedurlar, sağlamlıq xidmətləri və müxtəlif əyləncəli proqramlar təşkil olunub.Bununla yanaşı, ay ərzində 603 üzv tur və ekskursiyalarda iştirak edərək asudə vaxtını səmərəli və maraqlı şəkildə dəyərləndirib.

Komitə sədrinin sözlərinə görə, elm və təhsil sahəsində çalışanların sosial rifahının yüksəldilməsi, onların sağlamlığının qorunması və asudə vaxtının səmərəli təşkili həmkarlar ittifaqlarının fəaliyyətində əsas istiqamətlərdən biridir. Bu kimi sosial layihələr gələcəkdə də davam etdiriləcək.

Qeyd edək ki, ötən il elektron rezervasiya sistemi vasitəsilə 30 mindən çox elm və təhsil işçisi ailə üzvləri ilə birlikdə sanatoriya xidmətlərindən yararlanıb.