"Kompüter mühəndisi olacağam"- Buraxılış imtahanında birincilik qazanan Bakı məktəblisi

23 Aprel, 2026 - 18:53
"Kompüter mühəndisi olacağam"- Buraxılış imtahanında birincilik qazanan Bakı məktəblisi

Martın 15-də keçirilən buraxılış imtahanında 300 bal toplayan şagirdlərdən biri olan Rafiq Vəlizadə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdidir. 

O, "Azərbaycan müəllimi"nə bildirib ki, bu nəticəni əldə etməsinə çox sevinir:

“1 ildir hazırlaşıram. Yüksək nəticə əldə edəcəyimi gözləyirdim, ancaq 300 bal toplayacagıma şübhə ilə yanasırdım. Məni digər şagirdlərdən hec nə ayırmır, mənə görə, buraxılış imtahanında topladığım bal çox şey ifadə etmir”.

O həm də olimpiada qalibidir: “7-ci sinifdə respublika fənn müsabiqəsində fizika fənni üzrə qızıl, 9-cu sinifdə Respublika fənn olimpiadasında fizika fənni üzrə bürünc medal qazanmışam”.

Yüksək nəticə qazanmağında müəllimlərinin xidmətini xüsusi qeyd edir:

“Liseyimizde tədris mükəmməl səviyyədədir, məktəb müəllimlərim mənə də, yoldaslarıma da çox dəstək olublar”.

Kompüter mühəndisi olacağını deyən Rafiq universitet seçimi ilə bağlı hələ qərar verməyib. Gələcək planlarında xaricdə təhsil də var: “Arzum Azərbaycanda bakalavr təhsili alıb sonradan xaricdə təhsil səviyyəmi, peşəkarlığımı artırmaqdır".