Laçının Sus kəndinin ilk məzunları tələbə oldular
İşğaldan azad olunmuş Laçın rayonunun Sus kəndində fəaliyyətə başlamış məktəbin ilk məzunları tələbə adını qazanıblar.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, adıçəkilən ümumtəhsil məktəbini bitirən 3 məzun – Pəri Muradlı Azərbaycan Dillər Universiteti, Ayşən Atakişiyeva Azərbaycan Dövlət Pedaqoji Universiteti və Nihat Muradzadə isə Bakı Slavyan Universitetinə qəbul olublar.
Qeyd edək ki, Sus kənd tam orta məktəbi 2024-2025-ci tədris ilinin sentyabrında fəaliyyətə başlayıb.



