LDU-da layihələrin idarə edilməsi ilə bağlı təlim keçirilib
Lənkəran Dövlət Universitetində (LDU) tələbələr üçün “Layihələrin idarə edilməsi” mövzusunda ikihəftəlik maarifləndirici təlim keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, gənclərin təşəbbüskarlığını və idarəetmə bacarıqlarını gücləndirmək məqsədilə keçirilən tədbir təlimçi Kənan Əhmədbəylinin təqdimatında reallaşıb.
Təlimdə iştirakçılar real layihə menecmentinin mərhələləri: layihənin planlaşdırılması, komanda və resursların idarə olunması, qrafik və büdcə planının tərtibi, risklərin qiymətləndirilməsi və hesabat vermə barədə məlumatlandırılıblar.
Təlim sessiyalar, interaktiv oyunlar, komanda çalışmaları və real vəziyyət üzərində simulyasiyalarla müşayiət olunub. İştirakçılar qruplara bölünərək öz layihələrini planlayıb, icra və təqdim ediblər.


