LDU-da Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

13 İyun, 2026 - 16:02
LDU-da Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Bir millətin qurtuluşu - 15 İyun” adlı tədbir keçirilib.

 "Azərbaycan müəllimi" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

 LDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Ramiz Şəmmədov 15 İyun - Qurtuluş Gününün Azərbaycan xalqının taleyində oynadığı önəmli roldan, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişindən sonra ölkənin iqtisadi, siyasi, mədəni sahədə əldə etdiyi nailiyyətlərdən, dünyada artan siyasi nüfuzundan danışıb.

Universitetin Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Kamal Mahmudov və həmin kafedranın dosenti Emin Məlikov 15 İyun - Milli Qurtuluş Gününün mahiyyəti, Ümumilli Lider Heydər Əliyevin hakimiyyətə ikinci gəlişindən sonra Azərbaycanın bütün sahələr üzrə əldə etdiyi uğurlardan, Prezident İlham Əliyevin bu kursu uğurla davam etdirdiyindən söz açıblar, 15 iyunu böyük Zəfərə gedən yolun başlanğıcı kimi dəyərləndiriblər.

 Tədbir 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş videoçarxın nümayişi ilə yekunlaşıb.