LDU-da zona fənn olimpiadası keçirilib

13 Aprel, 2026 - 10:10
LDU-da zona fənn olimpiadası keçirilib

Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 11 aprel 2026-cı il tarixində LDU-da fizika, riyaziyyat, informatika, kimya, biologiya və coğrafiya fənləri üzrə zona fənn olimpiadası keçirilib.

LDU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, keçirilən olimpiadada Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər.

Bilik yarışmasına qatılan 650-ə yaxın şagird seçdikləri fənnlər üzrə 3 açıq tipli sualı 2 saat 30 dəqiqə ərzində yazılı cavablandırıblar. Qeyd edək ki, olimpiada qalibləri üçün mükafatlandırma mərasimi keçiriləcək və onlara LDU-nun fəxri-fərman, diplom və hədiyyələri təqdim olunacaq. Bilik yarışmasının nəticələri ilə bağlı LDU-nun rəsmi veb-saytında və "Facebook" səhifəsində məlumat veriləcək.

Xatırladaq ki, LDU-da zona fənn olimpiadaları son 9 ildə ənənəvi olaraq hər il keçirilir.

LDU-da zona fənn olimpiadası keçirilib
LDU-da zona fənn olimpiadası keçirilib
LDU-da zona fənn olimpiadası keçirilib