Lənkəran Dövlət Universiteti iki yeni ixtisas üzrə kadr hazırlığına başlayacaq

7 Fevral, 2025 - 15:11
Lənkəran Dövlət Universiteti iki yeni ixtisas üzrə kadr hazırlığına başlayacaq
Lənkəran Dövlət Universiteti iki yeni ixtisas üzrə kadr hazırlığına başlayacaq

Növbəti tədris ilindən Lənkəran Dövlət Universitetində (LDU) “Sənaye mühəndisliyi” və “Heyvandarlıq” ixtisasları üzrə kadr hazırlığına başlamaq nəzərdə tutulur.

Bunu “Azərbaycan müəllimi”nə verdiyi müsahibədə universitetin rektoru Natiq İbrahimov deyib.

Onun sözlərinə görə, hazırda universitetdə 6 fakültə, 14 kafedra fəaliyyət göstərir. 

Rektor əlavə edib ki, universitetdə tədrisin keyfiyyətinin artırılması, təcrübələrin müasir tələblərə uyğun şəkildə təşkili, məzunların gələcək karyeralarının təşkili və idarəetmə strukturunda operativliyi təmin etmək məqsədilə yeni tədris strukturu yaradılıb. Universitetin əsas hədəflərindən biri əmək bazarının, işəgötürənlərin tələb və təkliflərinə uyğun ixtisaslar üzrə kadr hazırlamaqdır.