Lənkəran Dövlət Universitetinin həyətində baytarlıq klinikası tikiləcək

16 Yanvar, 2025 - 12:53
Lənkəran Dövlət Universitetinin həyətində baytarlıq klinikası tikiləcək

Lənkəran Dövlət Universitetinin (LDU) 1 saylı tədris binasının həyətində baytarlıq klinikası tikiləcək.  

“Azərbaycan müəllimi” xəbər verir ki, klinika Lənkəran şəhəri 170 A ünvanında yerləşən universitetin 1 saylı tədris binasının həyətində inşa olunacaq.

Artıq tenderə yekun vurulub. İşlərin icrası “AS-Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edilib və müqavilə bağlanılıb.

Müqaviləyə əsasən, şirkətə baytarlıq klinikasının tikintisi üçün 1.957.340,32 manat ödənilib.

Lənkəran Dövlət Universitetinin həyətində baytarlıq klinikası tikiləcək
Lənkəran Dövlət Universitetinin həyətində baytarlıq klinikası tikiləcək