Lənkəranda əmək yarmarkası keçiriləcək

22 May, 2025 - 16:50
Lənkəranda əmək yarmarkası keçiriləcək
Lənkəranda əmək yarmarkası keçiriləcək

Lənkəran şəhərində Lənkəran Dövlət Universitetinin 1-ci korpusunda əmək yarmarkası təşkil olunacaq.

“Azərbaycan müəllimi” Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir ki, tədbir mayın 27-si saat 10:00-da başlayacaq.

Yarmarkada 30-dan çox müəssisə namizədlərə 100-dən artıq vakansiya təqdim edəcək.