Lənkəran-Astara regionunun bir sıra təhsil müəssisələrində tikinti və təmir işləri davam etdirilir

5 Avqust, 2026 - 10:44
Lənkəran-Astara regionunun bir sıra təhsil müəssisələrində tikinti və təmir işləri davam etdirilir

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində tədris ilinə hazırlıq işləri davam edir.

Regional idarədən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, hazırda region üzrə bir sıra məktəb və məktəbəqədər təhsil müəssisələrində yeni binaların tikintisi, yenidənqurma və əsaslı təmir işləri aparılır.

Tikinti, yenidənqurma və ya əsaslı təmir işlərinin davam etdirildiyi təhsil müəssisələri sırasında Lənkəran rayonunun Viyən, Lüvəsər və Vilvan kənd tam orta məktəbləri, Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-lisey və R.Bədəlov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbi, Cəlilabad rayonunun Kövüzbulaq, Musalı, Xəlilli, Bədirli kənd tam orta məktəbləri, Uzuntəpə kənd N.Qurbanov adına 3 nömrəli  ümumi orta məktəbi və Təzəkənd Kənd E.Fətiyev adına 1 nömrəli tam orta məktəbi, Astara rayonunun Həzi Sovqatov adına Şümrüd kənd tam orta məktəbi , Züngüləş kənd ümumi orta məktəbi, Ərçivan qəsəbə F.Qasımov adına 1 saylı tam orta məktəb, N.Əliyev adına Maşxan kənd tam orta məktəbi, həmçinin Maşxan kənd körpələr evi-uşaq bağçası, eləcə də Masallı rayonunun Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbi və Mahmudavar orta məktəbi yer alır.