Lənkəranda Gənclər Forumu keçirilib – Fotolar

16 Fevral, 2025 - 14:34

Lənkəranda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu keçirilib. Tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin Lənkəranda yerləşən abidəsi ziyarət olunub.

"Azərbaycan müəllimi" Gənclərin İnkişaf və Karyera Mərkəzinə istinadən xəbər verir ki, tədbir GİKM-in Lənkəran-Astara regional nümayəndəliyi və Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Lənkəran şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.

Forumda ölkəmizdə gənclər siyasətinin əsas prinsipləri, gənclərin inkişafı üçün qəbul edilən qərarlar və Heydər Əliyevin irsinin yeni nəslə aşılanması məsələləri müzakirə olunub.

Tədbirdə çıxış edən spikerlər – Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə, Bakı Mühəndislik Universitetinin professoru, tarix elmləri doktoru Şikar Qasımov və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov gənclərin elmi, mədəni və idman sahələrində inkişafına yönəlmiş dövlət siyasətinin əhəmiyyətindən danışıblar.

Forumun moderatoru, Gənclər Fondunun tabeliyində fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara regional nümayəndəliyinin koordinatoru Famil Məmmədov, gənclərin bu kimi tədbirlər vasitəsilə bilik və təcrübə qazanmalarının vacibliyini qeyd edib.

Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdirərək forumu yekunlaşdırıblar.