Lisey və gimnaziyalarda II mərhələ üzrə seçimlərin nəticələri AÇIQLANDI
2026–2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş imtahanla şagird qəbul edən lisey və gimnaziyalarda II mərhələ üzrə seçimlərin nəticələri şagirdlərin şəxsi kabinetlərinə əlavə edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, şagirdlər qəbul nəticələri ilə elektron hökumət portalı – sy.edu.az platformasında “İmtahanlar” bölməsindən tanış ola bilərlər. Şagirdlər üçün avtomatik sorğular yaradılmışdır. Hər bir şagird şəxsi kabinetindəki “Sorğularım” bölməsindən müvafiq məlumatları izləyə bilər.
Sənədlərin (şəxsi işlərin) 7 sentyabr saat 12:00-dək təhsil müəssisəsinə təqdim edilməlidir. 2 sentyabr tarixindən etibarən qeyd olunan tarixədək sənədləri təqdim etməyən şagirdlərin sorğuları sistemdən silinəcək və qəbul nəticələri etibarsız hesab ediləcək.
Qeyd edək ki, lisey və gimnaziyalara qəbul üzrə III mərhələ keçirilməyəcək.
Müvafiq keçidə daxil olaraq keçid balları ilə tanış ola bilərsiniz:




