Lisey və gimnaziyaların 7-ci sinfinə qəbul imtahanları keçirilib

30 İyun, 2026 - 14:53
Lisey və gimnaziyaların 7-ci sinfinə qəbul imtahanları keçirilib

İyunun 30-da Bakı şəhərində, həmçinin respublikanın bəzi bölgələrində lisey və gimnaziyaların 7-ci sinfinə mərkəzləşdirilmiş qəbul imtahanları keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, imtahanlar 41 imtahan mərkəzində təşkil olunub.

Qəbul imtahanları müəyyən edilmiş təlimata uyğun şəkildə təşkil olunub. İştirakçılara dil qaydaları, oxuyub-anlama bacarıqları və riyazi təfəkkürü qiymətləndirən ümumilikdə 60 tapşırıq təqdim edilib. Tapşırıqların yerinə yetirilməsi üçün şagirdlərə 150 dəqiqə vaxt verilib.

İmtahan nəticələrinin növbəti həftə ərzində elan olunması nəzərdə tutulur.

Kitabçalar:

Lisey və gimnaziyalara qəbul_2026

Lisey və gimnaziyalara qəbul_2026_rus