Magistratura imtahanında ölkə birincisi BANM tələbəsi oldu
Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının yekun nəticələrinə görə, ölkə üzrə ən yüksək nəticə göstərən yeganə şəxs Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi olub.
BANM-dən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, BANM-in "İnformasiya təhlükəsizliyi" ixtisasının 5-ci kurs tələbəsi Elvina Əliyeva 96 bal toplayaraq ölkə birincisi adını qazanıb.
BANM-ə 689,6 balla qəbul olan Elvina Əliyeva Prezident təqaüdünə layiq görülüb.



