Masallı məktəblisi II oldu

20 Aprel, 2026 - 11:25
Masallı məktəblisi II oldu

Aprelin 18-19-da Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının II turu keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, yarışın ilk günündə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Masallı rayon Uşaq Gənclər İdman Məktəbinin cüdo bölməsinin yetirməsi Jasmin Qardaşova 52 kq çəki dərəcəsində II yerə layiq görülüb.

Qeyd edək ki, idmançının məşqçi-müəllimi cüdo idman növü üzrə Azərbaycan Respublikasının Əməkdar məşqçisi Xanağa Quliyevdir.

Masallı məktəblisi II oldu