“Erkən nikahın fəsadları” mövzusunda tədbir keçirilib

24 Noyabr, 2026 - 10:40
“Erkən nikahın fəsadları” mövzusunda tədbir keçirilib

Naxçıvan Şəhər Prokurorluğunun təşkilatçılığı və Naxçıvan Şəhər Təhsil Şöbəsinin dəstəyi ilə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdlərinin  hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə məktəbin direktoru Aytən Babayeva şagirdlərə tədbirin əhəmiyyəti haqqında məlumat verib.

Naxçıvan şəhər prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas Fərid Orucəliyev “On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili, cinayət və inzibati məsuliyyət yaratması” mövzusunda çıxış edib. Tədbirdə şagirdlərə erkən nikahın mənfi nəticələri, uşaqların təhsilinə, fiziki və psixoloji sağlamlıqlarına təsiri, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyində erkən evliliklə bağlı nəzərdə tutulmuş cinayət və inzibati məsuliyyət barədə ətraflı məlumat verilib. 

Sonda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

“Erkən nikahın fəsadları” mövzusunda tədbir keçirilib
“Erkən nikahın fəsadları” mövzusunda tədbir keçirilib