ADAU startapçıları “InnoCamp 2” innovasiya düşərgəsinin qalibi olub

23 Noyabr, 2026 - 17:09
ADAU startapçıları “InnoCamp 2” innovasiya düşərgəsinin qalibi olub

"ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "InnoCamp 2 - ASAN könüllülərinin innovasiya düşərgəsi" çərçivəsində 18-20 noyabr tarixlərində təlimlər və hakaton təşkil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, təlim zamanı iştirakçılara generativ süni intellektin mahiyyəti, iş prinsipi, tətbiq sahələri və gündəlik həyatda istifadə imkanları haqqında ətraflı məlumat verilib. Həmçinin, süni intellekt vasitəsilə mətnlərin hazırlanması, vizual məzmunun yaradılması, məlumatların emalı və müxtəlif tapşırıqların daha səmərəli şəkildə yerinə yetirilməsi yolları diqqətə çatdırılıb.

Sonda keçirilmiş hakatonda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU)  İnnovasiyalar Mərkəzinin startapçıları I yerə layiq görülüb. Onlar heyvandarlıq istiqamətində izləmə cihazı hazırlayıblar.