Azərbaycan dilində proqramlaşdırma kitabı Oksford Universitetinin kataloquna daxil edilib
Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin İT mütəxəssisi İsmayıl Qarayevin müəllifi olduğu “C++: Proqramlaşdırmanın əsasları” kitabı Oksford Universitetinin kitabxanalarının onlayn kataloqunda (SOLO) yer alıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycan dilində hazırlanmış proqramlaşdırma vəsaitinin dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Oksford Universitetinin kitabxana kataloquna daxil edilməsi müəllifin elmi-pedaqoji fəaliyyəti baxımından əlamətdar hadisədir.
Kitab C++ proqramlaşdırma dilinin əsaslarını əhatə edir və oxucuların bu sahədə bilik və bacarıqlarının formalaşdırılmasına xidmət edir. Nəşrin Oksford Universitetinin elektron kataloqunda axtarışa açıq olması Azərbaycan dilindəki tədris vəsaitinin beynəlxalq akademik informasiya mühitində təmsil olunması baxımından da diqqətəlayiqdir.
Kitabla Oksford Universitetinin SOLO kataloqunda tanış olmaq mümkündür.




