Naxçıvan məktəblisi informatika üzrə milli komandaya seçilib

12 Noyabr, 2026 - 17:32
Naxçıvan məktəblisi informatika üzrə milli komandaya seçilib

Babək rayon Hacıvar kənd tam orta məktəbinin şagirdi Əzim Hacıyev informatika üzrə beynəlxalq olimpiadada ölkəmizi təmsil etmək hüququ qazanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, 9 noyabrda VII–XI sinif şagirdləri arasında informatika üzrə keçirilən seçmə imtahanının nəticələrinə əsasən, Əzim Hacıyev 112 keçid balı toplayaraq Azərbaycanın 12 nəfərlik milli komandasına seçilib.

O, 19-20 noyabr tarixlərində Rumıniyada keçiriləcək “Romanian Master of Informatics” beynəlxalq olimpiadasında Azərbaycanı təmsil edəcək.

Naxçıvan məktəblisi informatika üzrə milli komandaya seçilib
Naxçıvan məktəblisi informatika üzrə milli komandaya seçilib