Naxçıvanda buraxılış imtahanı modelinə uyğun monitorinq keçiriləcək

11 Noyabr, 2026 - 12:01
Naxçıvanda buraxılış imtahanı modelinə uyğun monitorinq keçiriləcək

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən noyabrın 22-də şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə IX siniflər üçün buraxılış imtahanı modelinə uyğun qiymətləndirmə monitorinqi keçiriləcək.

Nazirlikdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, monitorinqdə 4500-dən artıq şagirdin iştirakı nəzərdə tutulur. 

Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunacaq. 

Şagirdlər monitorinqdə istifadə olunan mövzularla bağlı https://l24.im/4ji0p linkindən tanış ola bilərlər.