Naxçıvanın təhsil naziri təhsil müəssisələrinin rəhbərlərinə tapşırıqlar verdi 

4 Noyabr, 2026 - 12:17
Naxçıvanın təhsil naziri təhsil müəssisələrinin rəhbərlərinə tapşırıqlar verdi 

Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası təhsil naziri Ovni Muradov Şahbuz rayonunda fəaliyyət göstərən ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.

"Azərbaycan müəllimi" xəbər verir ki, təhsil naziri Ovni Muradov çıxışında təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrə toxunaraq rəhbərlərin üzərinə düşən məsuliyyəti diqqətə çatdırıb. O, müəssisələrdə tədris və tərbiyə işinin keyfiyyətinin yüksəldilməsinin, təhsilalanların bilik və bacarıqlarının inkişafına yönəlmiş tədbirlərin gücləndirilməsinin, təlim-tərbiyə prosesinin müasir tələblərə uyğun təşkilinin vacibliyini vurğulayıb.

Nazir müəssisə rəhbərlərinə mövcud nöqsanların qısa müddətdə aradan qaldırılması, daxili nəzarət mexanizmlərinin gücləndirilməsi, pedaqoji kollektivlərin fəaliyyətinin səmərəli təşkili, müəllim və tərbiyəçi-müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsi, valideynlərlə əməkdaşlığın genişləndirilməsi və sağlam təhsil mühitinin formalaşdırılması ilə bağlı konkret tapşırıqlar verib.

Bildirilib ki, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması, idarəetmədə tələbkarlığın və məsuliyyətin gücləndirilməsi, eləcə də qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi əsas prioritetlərdəndir. 

Görüşdə rayonun təhsil müəssisələrinin fəaliyyəti, tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi və mövcud problemlərin aradan qaldırılması istiqamətində görülən işlər ətraflı müzakirə olunub. Müəssisələrin fəaliyyətində aşkar olunan nöqsanlar diqqətə çatdırılıb, onların aradan qaldırılması və işin səmərəliliyinin artırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqların yerinə yetirilməsinin nəzarətdə saxlanılacağı qeyd olunub.