Naxçıvanda IX siniflər üçün qiymətləndirmə monitorinqi keçirilib

23 Noyabr, 2026 - 11:21
Naxçıvanda IX siniflər üçün qiymətləndirmə monitorinqi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən noyabrın 22-də şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə IX siniflər üçün buraxılış imtahanı modelinə uyğun qiymətləndirmə monitorinqi keçirilib.

Nazirlikdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, monitorinqdə 4500-dən artıq şagird iştirak edib. 

Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil edilib.

Naxçıvanda IX siniflər üçün qiymətləndirmə monitorinqi keçirilib
Naxçıvanda IX siniflər üçün qiymətləndirmə monitorinqi keçirilib