Masallıda II Regional Gənclər Festivalı keçiriləcək
İyulun 24-də Masallı rayonunda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin yaradılmasının 31 illiyinə həsr olunmuş II Regional Gənclər Festivalı keçiriləcək.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, festivalda panel müzakirələr, əyləncəli və maraqlı idman oyunları, intellektual yarışlar, təlim və seminarlar, sənətkarlıq nümunələri sərgisi (xalçaçılıq, dulusçuluq və həsirçilik) ilə bağlı master klasslar təşkil olunacaq.
Qeyd edək ki, I Regional Gənclər Festivalı 5 iyul 2024-cü ildə Lənkəran şəhərində keçirilib.



