Məktəb binasında yanğın olub

3 Fevral, 2025 - 11:15
Məktəb binasında yanğın olub
Məktəb binasında yanğın olub

Sabirabad rayonu Məmməd Tağıyev adına Kovlar kənd tam orta ümumtəhsil məktəbin binasında yanğın baş verib.

Mil-Muğan Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, hadisə elektrik naqillərinin paylanma qutusunda qısaqapanma nəticəsində baş verib. 

Təhsil müəssisəsinin işçi heyəti və şagirdlər təhlükəsiz yerə təxliyyə ediliblər, FHN-in yerli bölməsinə məlumat verilib. Görülmüş tədbirlər nəticəsində yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb