Məktəbəqədər təhsillə bağlı alternativ yanaşmalar araşdırılır – Eşqi Bağırov
“Məktəbəqədər təhsilin əhatəliliyi hazırda 40 faizdir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün təşkil olunan brifinqdə deyib.
O qeyd edib ki, valideyn-dövlət-özəl tərəfdaşlığı ilə həyata keçirilən qrant layihə hazırda aktualdır və qeydiyyat prosesi davam edir:
“Məktəbəqədər təhsilin əhatəliliyinin artırılması bizim üçün əsas hədəfdir. Ənənəvi modellərin bu istiqamətdə yetərli nəticə vermədiyini nəzərə alaraq, alternativ yanaşmaların tətbiqi imkanlarını araşdırırıq”.
E.Bağırov əlavə edib ki, bununla yanaşı icma əsaslı məktəbəqədər təhsil qruplarına artıq 23 935 uşaq, valideyn-dövlət-özəl tərəfdaşlığı vasitəsi ilə isə 4033 uşaq məktəbəqədər təhsilə cəlb olunub:
“Valideyn-dövlət-özəl tərəfdaşlığı bu dəqiqə də aktualdır və qeydiyyat prosesi davam edir. Valideyn-dövlət-özəl tərəfdaşlığında hər bir uşağın özəl bağçada təhsil haqqının 250 manatı dövlət tərəfindən ödənilir. Qrant qazanmış özəl bağçaların siyahısı ilə tanış olub boş yerlərə maraciət etmək olar”.



