Məktəbəqədər təhsildə valideynlərlə əməkdaşlıq gücləndirilir

12 Noyabr, 2026 - 18:24
Məktəbəqədər təhsildə valideynlərlə əməkdaşlıq gücləndirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrini əhatə edən Valideyn konfransları davam edir. 

"Azərbaycan müəllimi" xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşəbbüsü ilə keçirilən konfranslar çərçivəsində növbəti görüş Sabunçu, Qaradağ və Nərimanov rayonları üzrə təşkil olunub.

Konfransda MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, BŞTİ-nin Məktəbəqədər təhsilin təşkili sektorunun müdiri Rəna Aslanova, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, tərbiyəçi-müəllimlər və valideynlər iştirak ediblər. 

MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova uşaqların erkən yaş dövründən hərtərəfli inkişafı, təhlükəsiz və sağlam mühitdə tərbiyəsi istiqamətində görülən sistemli işlər barədə məlumat verib. İ.Rəsulova məktəbəqədər təhsilin idarə edilməsində valideynlərlə effektiv kommunikasiyanın və qarşılıqlı əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.

BŞTİ-nin Məktəbəqədər təhsilin təşkili sektorunun müdiri Rəna Aslanova uşaqların məktəbə hazırlığında bağça-ailə münasibətlərinin və valideynlərin maarifləndirilməsinin vacibliyini vurğulayıb, müəssisə rəhbərləri və valideyn icmaları arasında davamlı dialoqun təmin olunmasının əhəmiyyətini qeyd edib.

Daha sonra məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri “Uşağın psixoloji və emosional inkişafı”, “Bağçanın uşaq psixologiyasındakı rolu”, “Valideyn və pedaqoq qarşı tərəf deyil,vahid komandadır”, “Valideynlərin tədris fəaliyyətlərində iştirakı” və “Sağlam uşaq, sağlam mühit, sağlam gələcək” mövzuları üzrə təqdimatlarla çıxış ediblər. Təqdimatlarda uşaqların psixoloji-emosional inkişafı, sağlam təhsil mühitinin formalaşdırılması, həmçinin valideynlərlə pedaqoji heyət arasında vahid komanda prinsiplərinə əsaslanan səmərəli əməkdaşlığın qurulmasının və valideynlərin təlim-tərbiyə prosesinə fəal cəlb olunmasının əhəmiyyəti diqqətə çatdırılıb, valideynlərin təklif və rəyləri dinlənilib, sualları cavablandırılıb.

Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd valideynlər və məktəbəqədər təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, uşaqların hərtərəfli inkişafına dair aktual məsələlərin müzakirəsi, inklüziv təhsil mühitinin təşviqi və valideynlərin maarifləndirilməsindən ibarətdir.

Onu da qeyd edək ki, Valideyn konfranslarının paytaxtın inzibati rayonları üzrə bütün məktəbəqədər təhsil müəssisələrini əhatə edəcəyi nəzərdə tutulur.