LDU-da “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici seminar keçirilib

11 Noyabr, 2026 - 18:25
LDU-da “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici seminar keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) “Uşaq Hüquqları Aylığı” çərçivəsində BMT-nin Uşaq Hüquqları Konvensiyasının prinsiplərinin təbliğinə və gənclərin məlumatlılığının artırılmasına həsr olunmuş maarifləndirici seminar keçirilib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbiri giriş sözü ilə LDU-nun Sosial məsələlər üzrə prorektoru dosent Ramiz Şammədov açaraq Azərbaycanda uşaq hüquqlarının qorunması və müdafiəsi sahəsində görülən işlərdən bəhs edib. 

Seminarda çıxış edən Pedaqogika, psixologiya və incəsənət kafedrasının müdiri dosent Afiq Əliyev uşaqların təhsil hüquqlarının əhəmiyyətini vurğulayıb.

Daha sonra Tarix-coğrafiya və incəsənət fakültəsinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə IV tədris ili tələbəsi Leyla Heydərova çıxış edərək, ölkədə uşaqların təhsil hüququnun təmin olunmasına göstərilən dövlət qayğısından söz açıb.

Tədbirdə uşaq hüquqlarının müdafiəsi, qanunvericilik bazası və keyfiyyətli təhsil almaq hüququ ilə bağlı suallar cavablandırılıb.