LDU-da keyfiyyət təminatı iclası keçirilib

12 Noyabr, 2026 - 18:37
LDU-da keyfiyyət təminatı iclası keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) Keyfiyyət təminatı şöbəsinin təşkilatçılığı ilə təhsil proqramlarının akkreditasiyaya hazırlığı və keyfiyyət təminatı istiqamətində növbəti iclas keçirilib.

Universitetdən "Azərbaycan müəllimi"nə bildirib ki, iclasda tədris məsələləri üzrə prorektor, dosent Zaur Məmmədov və Keyfiyyət Təminatı şöbəsinin müdiri Sevər Əhmədova çıxış edərək ali təhsildə keyfiyyətin yüksəldilməsi, Elm və Təhsil Nazirliyinin tapşırıqlarının və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tövsiyələrinin icrasının əhəmiyyətini vurğulayıblar.

Müzakirələrdə əsas diqqət aşağıdakı məsələlərə yönəldilib:

- Təhsil proqramları üzrə özünütəhlil hesabatlarının hazırlanması; 

- Kompetensiya xəritələrinin vahid metodoloji formaya salınması;

- Struktur bölmələrin fəaliyyət planlarının universitetin Strateji İnkişaf Planına uyğunlaşdırılması.

İclasın yekununda qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

LDU-da keyfiyyət təminatı iclası keçirilib