Məktəbin texniki işçisi həyat yoldaşı tərəfindən bıçaqlanıb

10 Fevral, 2025 - 17:55
Məktəbin texniki işçisi həyat yoldaşı tərəfindən bıçaqlanıb
Məktəbin texniki işçisi həyat yoldaşı tərəfindən bıçaqlanıb

Bakıdakı 270 nömrəli tam orta məktəbin xanım texniki işçisinə (müvafiq səbəbdən adı qeyd olunmur) fevralın 10-da məktəbin yaxınlığında keçmiş həyat yoldaşı kəsici alətlə xəsarət yetirib.

Məktəbdən "Azərbaycan müəllimi"nə bildirilib ki, xilas olmaq üçün məktəbin həyətinə daxil olan texniki işçiyə orada ilkin tibbi yardım göstərilib.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma və hüquq-mühafizə orqanına məlumat verilib.