Məktəblərə 7 milyon nüsxədən çox dərslik çatdırılıb
Tədris ili başlamazdan əvvəl 7 milyondan nüsxədən çox dərslik çap olunub və məktəblərə çatdırılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Nazir bildirib ki, 49 adda dərsliyin məzmunu müasir standartlarla təkmilləşdirilib və ya yenilənib:
“Həmçinin 325 adda dərsliyin çapı yekunlaşdırılıb”, – deyə nazir qeyd edib.




