Məktəblilər arasında keçirilən “Xəmsə” turniri yekunlaşıb

9 İyun, 2026 - 11:45
Məktəblilər arasında keçirilən “Xəmsə” turniri yekunlaşıb

İyunun 6-da 8–11-ci sinif şagirdləri arasında “Xəmsə” milli intellektual oyunu üzrə “Bakı yayı – 2026” turniri keçirilib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, yarış Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və "Kapital Bank"ın dəstəyi ilə “Təhsil oyunları platforması” layihəsi çərçivəsində təşkil olunub.

Turnirdə ümumilikdə 16 komanda iştirak edib. Yarışda Bakı məktəbliləri ilə yanaşı, Saatlı rayonunu təmsil edən komandalar da mübarizə aparıblar. 

Komandalar əvvəlcə dörd qrupda qüvvələrini sınayıblar.

1/4 final mərhələsi:
A qrupu
YarımADA – 3900
Zəkalar Sr – 900
Ziya-261 – -2400
Se7en – -3300
B qrupu 
Asqard – 8411
Legion – 1400
Unity – 1
Paradox – -400
C qrupu
Vesper – 12900
BELievers – 9200
Birlik – -1000
Aurora – -4900
D qrupu
Golden Humanitar – 5100
HL Genius – 3800
Zəka-261 – 10
Femida – 0

Yarımfinal mərhələsində birinci oyunda "HL Genius", "Legion", "YarımADA" və "Vesper", ikinci oyunda isə "Golden Humanitar", "Asqard", "Zəkalar Sr" və "BELievers" komandaları qarşılaşıblar.

Gərgin mübarizə şəraitində keçən yarımfinalların yekununda finala "Vesper", "BELievers", "HL Genius" və "Golden Humanitar" komandaları vəsiqə qazanıblar.

Finalın nəticələri:
 "Vesper"
 "BELievers"
 "HL Genius"
" Golden Humanitar".

Turnir yüksək rəqabət şəraitində və böyük maraqla keçib. İştirakçılar həm biliklərini nümayiş etdirmək, həm də komanda ruhunu sınamaq imkanı əldə ediblər. Qaliblər diplom, medal, kubok və hədiyyə kartları ilə təltif olunublar.