Məktəblilərarası milli kosmik poçt kartı müsabiqəsinə start verilib

5 May, 2026 - 10:15
Məktəblilərarası milli kosmik poçt kartı müsabiqəsinə start verilib

AZCON Holding şirkətlərindən olan Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, ABŞ-nin “Blue Origin” şirkəti, “Club for Future” təşkilatı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və “Azərpoçt” MMC-nin tərəfdaşlığı ilə həyata keçirilən “Məktəblilərarası milli kosmik poçt kartı müsabiqəsi” layihəsinə start verilib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, layihədə ölkə üzrə 2000 məktəbdən 200 min nəfərədək şagirdin iştirakı nəzərdə tutulur.

Layihənin sonunda seçilmiş 2000 ədəd poçt kartı raket missiyası ilə kosmosa göndəriləcək və geri qayıtdıqdan sonra “Kosmosa uçmuşdur” təsdiq möhürü ilə iştirakçılara təqdim ediləcək. 

Qeyd edək ki, “Kosmosa poçt kartları” (Postcards to Space) “Blue Origin” şirkəti tərəfindən təsis edilmiş “Club for the Future” təşkilatı tərəfindən həyata keçirilən beynəlxalq təhsil təşəbbüsüdür. 