Məktəblilərin bahar sevinci

19 Mart, 2026 - 16:09
Məktəblilərin bahar sevinci

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar tədbirlər keçirilib.

BŞTİ-dən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, Novruzun qədim ənənələrini özündə əks etdirən bayram tədbirlərində şagirdlərə milli-mənəvi dəyərlər, xalqımızın zəngin mədəni irsi, bayramın tarix boyu formalaşmış adət-ənənələri və rəmzləri, onların mənaları barədə ətraflı məlumatlar verilib. Bildirilib ki, Novruz təbiətin oyanışını, yenilənməni və yeni başlanğıcları simvolizə etməklə bərabər, həm də insanlar arasında birlik, həmrəylik və  mərhəmət kimi dəyərləri təşviq edir.

Bayram tədbirlərində milli adət-ənənələrimizi əks etdirən səhnəciklər, Kosa və Keçəlin məzəli əhvalatları təqdim olunub, şagirdlər bahara, Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, milli rəqslər, xalq oyunları nümayiş etdiriblər.

Qeyd edək ki, bayram şənliklərinin keçirilməsində əsas məqsəd şagirdlərdə milli-mənəvi dəyərlərə hörmət hissinin formalaşmasına, adət-ənənələrimizin qorunub saxlanmasına və gənc nəslə ötürülməsinə mühüm töhfə verməkdən ibarətdir.

Məktəblilərin bahar sevinci
Məktəblilərin bahar sevinci
Məktəblilərin bahar sevinci
Məktəblilərin bahar sevinci
Məktəblilərin bahar sevinci
Məktəblilərin bahar sevinci
Məktəblilərin bahar sevinci
Məktəblilərin bahar sevinci
Məktəblilərin bahar sevinci
Məktəblilərin bahar sevinci
Məktəblilərin bahar sevinci
Məktəblilərin bahar sevinci