Məktəblilərin idman mübarizəsi davam edir – "Olimpiya icmalı"nda
Məktəblilərin Respublika İdman Olimpiadasında gərgin və maraqlı idman mübarizəsi davam edir.
"Təhsil TV"nin efirində MRİO-ya həsr olunan "Olimpiya icmalı" verilişinin ilk buraxılışında Elm və Təhsil Nazirliyinin Tələbə-gənclərlə işin əlaqələndirilməsi sektorunun müdiri Hilal Salmanov və Gənclər və İdman Nazirliyinin Təhsil müəssisələri ilə iş sektorunun müdiri Sevda Mirzəyeva olimpiadanın təşkili, məktəblilərin idmana marağının artırılması, istedadlı gənclərin peşəkar idmana yönləndirilməsi və gələcək perspektivlər barədə fikir mübadiləsi aparıblar.
Verilişdə həmçinin iştirakçıların çıxışları, turnir cədvəlinin son vəziyyəti və yarış meydançalarından ən yaddaqalan anlar yer alıb.
Geniş videomaterialı izləməklə Respublika İdman Olimpiadasının ən maraqlı məqamları ilə tanış ola bilərsiniz.




