Məktəblilərin Respublika İdman Olimpiadasına 375 məktəbli qız qatılır
Ölkədə ilk dəfə təşkil olunacaq Məktəblilərin Respublika İdman Olimpiadasında 375 qız və 1644 oğlan məktəbli iştirak edəcək.
Bu barədə “Azərbaycan müəllimi”nə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Olimpiadada yer alan idman növləri üzrə yaş kateqoriyası aşağıdakı kimidir:
Ağırlıqqaldırma - 2011-2013-cü il təvəllüdlü oğlan və qızlar
Atletika - 2013-2014-cü il təvəllüdlü oğlan və qızlar
Badmintom - 2010-2012, 2013-cü il və daha kiçik təvəllüdlü oğlan və qızlar
Basketbol - 2013-2014-cü il təvəllüdlü oğlan və qızlar
Boks - 2010-2011-ci il təvəllüdlü oğlanlar
Cüdo - 2010-2011-ci il təvəllüdlü oğlan və qızlar
Sərbəst güləş - 2012-2013-cü il təvəllüdlü oğlanlar
Yunan-Roma güləşi - 2012-2013-cü il təvəllüdlü oğlanlar
Bədii gimnastika - 2011-2015-ci il təvəllüdlü gimnastlar
Stolüstü tennis - 2015-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar
Taekvondo - 2012-2014-cü il təvəllüdlü oğlan və qızlar
Veloidman - 2010-2011 -ci il təvəllüdlü oğlan və qızlar
Ümumilikdə 2019 məktəblinin qatılacağı olimpiada məktəb yaşlı uşaqlar arasında sağlam həyat tərzinin təşviqi, fiziki fəallığın artırılması və idman mədəniyyətinin inkişafına xidmət edir.




