Məleykə Abbaszadə: I qrupun keçid balı təxminən 10 bal enəcək

13 Avqust, 2026 - 12:33
Məleykə Abbaszadə: I qrupun keçid balı təxminən 10 bal enəcək

"Keçən il I qrup üzrə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda bu il keçid balı təxminən 10 bal aşağı düşəcək".

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in “YouTube” və “Facebook” səhifələrindəki canlı yayımda məlumat verib. 
Onun sözlərinə görə, I ixtisas qrupunun Rİ altqrupunda plan yerlərinin sayı 7 440, müsabiqəyə 200 baldan yuxarı buraxılanların sayı isə 8 mindir: “Yəni RK altqrupundan fərqli olaraq Rİ altqrupunda müsabiqə vəziyyəti daha gərgindir.

250 baldan yuxarı nəticə göstərənlərin sayı isə 10 999-dur. Keçən bu altqrupda kifayət qədər subbakalavrlar qəbul olunmuşdu. Ola bilsin ki, bu il də subbakalavrlar üçün yer qalsın. Amma düşünürəm ki, bu elə də çox olmayacaq”.

M.Abbaszadə bildirib ki, RK altqrupunda isə keçid balı ötən il 500 olan ixtisaslarda isə keçid balı olduğu kimi qalacaq. Keçidi 400 bal olan ixtisaslarda da keçid balının 10 bal aşağı düşməsi gözlənilir.