Mil-Muğanda 161 məzun fərqlənmə attestatı alıb

13 Avqust, 2026 - 12:12
Mil-Muğanda 161 məzun fərqlənmə attestatı alıb

Mil-Muğan Regional Təhsil İdarəsi üzrə fərqlənmə attestatı alanların sayı məlum olub. 
"Azərbaycan müəllimi" xəbər verir ki, Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin  73 məzunu tam orta təhsil səviyyəsi üzrə, 88 nəfər isə ümumi orta təhsil səviyyəsi üzrə fərqlənmə attestatına layiq görülüb.  
Qeyd edək ki, fərqlənmə attestatı oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayanlara  verilir.

Tam orta təhsil və ümumi orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.
Onu da qeyd edək ki, 2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri elektron formatda təqdim olunur. 2026-cı il məzunları attestatlarını artıq “mygov” platformasından əldə edə bilərlər.